Əhalimizin gəlirləri 15% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 10 milyard 680,3 milyon manat olub.

Index.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14,4% artaraq 1 054 manata çatıb.