Yeni “Volkswagen Passat”ın fotoları ortaya çıxdı

2024-cü il modeli “Passat” üzərində işlər davam edərkən, bu avtomobil İsveçdə “casus” kameralarına düşüb. Soyuq hava testlərinə girdiyi təxmin edilən avtomobilin ümumi görünüşü indiki modeldən çox da fərqlənmir. Bəs 2024-cü il “Volkswagen Passat” hansı dizayna sahib olacaq?

İndex.az xəbər verir ki, paylaşılan görüntülər yeni “Passat”ın bir qədər böyüdüyünü göstərir. Xüsusilə, avtomobilin baqaj hissəsi fərqli olacaq.  Buna paralel olaraq, avtomobilin təkər bazası da genişləndirilib.

Qarşıdan gələn “Volkswagen Passat” modelləri arxa tərəfdə böyük dəyişikliklə gündəmə gəlməyəcək. Ön tərəfdə “Golf MK8″ə daha oxşar bir quruluşla qarşılaşacağıq. Bunlardan başqa, 2024-cü il modeli “Passat” 2023-cü il modelinə bənzəyəcək.

2024-cü il “Volkswagen Passat”ın mühərrik variantları hazırda məlum deyil. Bununla belə, sənaye mənbələrinə görə, bu ikonik avtomobil gələn ildən etibarən hibrid mühərrik variantına sahib olacaq. Beləliklə, “Passat”a yeni nəsil texnologiyalar inteqrasiya olunacaq. “Passat” üçün elektrik mühərrikinin olması mümkün deyil.