TAP-la ən çox hansı ölkəyə qaz nəql olunub?

Son bir il ərzində (31 dekabr 2020-ci il – 31 dekabr 2021-ci il) Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) ilə 8,1 mlrd. kubmetr “mavı yanacaq” nəql edilib.

İndex.az bu barədə TAP Konsorsiumuna istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə kəmər vasitəsi ilə nəql edilən qazın 6,8 mlrd. kubmetrdən çoxu İtaliyaya çatdırılıb.

Qeyd olunur ki, təqribən 1,2 mlrd. kubmetr Yunanıstan və Bolqarıstana tədarük olunub.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanan Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Mənbə – APA