“WhatsApp”ın bu funksiyası yalnız “iPhone”da mövcud olacaq

Ötən günlərdə fərdi stikerlər hazırlamağı asanlaşdıran yeniləmədən sonra yalnız iOS-da istifadə edilə bilən yeni funksiya əlavə edilib.

İndex.az xəbər verir ki, “WhatsApp”ın yeni funksiyası ilə “iPhone” istifadəçiləri artıq şəkildən mətn çıxara biləcəklər.

Əvvəlcə beta istifadəçilərinə təklif edilən yeni funksiya bu gündən etibarən yükləmək üçün hazırdır. Onu da qeyd etmək lazımdır ki, funksiya iOS 16 API istifadə etdiyi üçün o, yalnız iOS 16 üçün eksklüzivdir.

Bu versiyası ilə gələn yeniləmə ilə şəkildən şəkil çıxarmaq üçün yeni düymə əlavə edilir. Tərkibində mətn olan şəkli avtomatik aşkarlayan proqram bu düymə sayəsində şəkildəki mətni köçürməyə imkan verir. Əlavə olaraq qeyd etmək lazımdır ki, məxfilik tədbirləri səbəbindən bu funksiya bir dəfə baxılan fotoşəkillər üçün istifadə edilmir.