İlk 4 saat ərzində “Togg T10X” üçün 7 min 734 ön sifariş gəlib

Türkiyənin ilk elektrikli avtomobili olan “Togg T10X”in ilkin sifariş prosesini başlanılıb.

İndex.az xəbər verir ki, “Togg” “Twitter” hesabındakı paylaşımda təşəkkürlərini çatdıraraq ilkin ön sifarişlər barədə məlumat verib:

“Martın 27-nə qədər davam edəcək ön sifariş prosesinin ilk 4 saatında 7734 istifadəçimiz “Togg T10X”i əvvəlcədən sifariş etdi. Bizə etibar etməyiniz bizim qürurumuzdur”.

Bu il ərzində satışa çıxarılacaq 12 min ədəd “T10X” üçün ön sifariş sahiblərini təyin edəcək çəkiliş prosesi 27 Mart tarixinə qədər davam edəcək.