“iPhone 15 Pro” Amerikada da “cib yandıracaq”

Texnologiya analitiki Jeff Punun fikrincə, “Apple”in 2023 “iPhone modelləri”, “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” əvvəlki modellərdən daha bahalı olacaq. “Apple”in son 6 ildə ilk dəfə olaraq “iPhone” qiymətlərini 1000 dollardan yuxarı qaldıracağı gözlənilir. Hətta “iPhone 15 Pro” Amerika qiyməti də düşündürücü olacaq.

“Apple”, “iPhone 15 Pro” seriyasının titan çərçivəsi, haptik əks əlaqəsi olan bərk hallı düymələr, A17 Bionic çipi, daha çox operativ yaddaş, periskop obyektivi kimi aparat təkmilləşdirilməsi səbəbindən “iPhone X”dan sonra ilk dəfə telefonlarının qiymətlərini qaldıracaq. ABŞ-da “iPhone Pro” modellərinin qiyməti 999 dollardan, “Pro Max” modelləri isə 1099 dollardan başlayırdı.

“Apple” vaxtaşırı ABŞ-dan kənarda “iPhone” qiymətlərini qaldırır, lakin şirkət ABŞ-da altı ildir ki, eyni qiyməti “Pro” modellərinə tətbiq edir. Bu sistem “iPhone 15 Pro” ilə dəyişəcək, lakin sadə “iPhone 15” modellərinə təsir edib-etməyəcəyi bəlli deyil.