“Moskviç” ilin sonunda iki yeni model avtomobil buraxacaq

Rusiyanın “Moskviç” zavodu bu ilin sonunda iki yeni model avtomobil buraxmağı planlaşdırır.

İndex.az xəbər verir ki. bu barədə “Kamaz” avtomobil zavodunun baş direktoru Sergey Koqoqin bildirib.

Koqoqin bildirib ki, ilin ikinci yarısı, dördüncü rübdə daha iki model istehsal ediləcək. Bu model maşınlar yolsuzluq avtomobili və sedan olacaq.

Qeyd edək ki, Rusiyanın “Avtostat” agentliyinin məlumatına görə, 2023-cü ilin fevral ayında Rusiyada 57 yeni “Moskviç” avtomobili satılıb. Bu, yanvar ayı ilə müqayisədə 29 ədəd və ya təxminən iki dəfə çoxdur.