“Volkswagen” yeni sərfəli elektrikli avtomobilini təqdim etdi

2020-ci ildə elektrikli mobillik transformasiyasına başlayan “Volkswagen”, Avropa üçün sərfəli olacaq yeni modelini təqdim etdi.

“Volkswagen” 2026-cı ilə qədər 10 yeni elektrik modelini satışa çıxarmağı planlaşdırır. Markanın bu istiqamətdə təqdim etdiyi ilk modellər arasında ucuz və elektriklə işləyən “Volkswagen ID. 2all”a nəzər salaq..

Avropa üçün nəzərdə tutulmuş bu model münasib qiymət və yüksək keyfiyyət prinsiplərinə tam uyğundur. Konsept fotoşəkillərinə baxdıqda, tamamilə elektriklə işləyən “Volkswagen Polo” və ya “Golf”a bənzəyən model yarı avtonom sürücü köməkçisi “Travel Assist”, IQ.LIGHT və elektrikli nəqliyyat vasitəsinin marşrut planlayıcısı kimi innovativ texnoloji xüsusiyyətlərə sahib olacaq.

O, yeni ucuz və elektrik “Volkswagen” MEB Giriş platformasından istifadə edəcək və yeni batareya texnologiyalarına malikdir. Brenddən verilən açıqlamada “Volkswagen ID. 2all” ən səmərəli idarəetməyə malik elektrikli avtomobillərdən biri olacaq. Avtomobil 226 at gücünə sahib olacaq və tam doldurulmuş akkumulyatorla 450 kilometrə qədər məsafə qət edəcək.

Qeyd edək ki, bu model 2024-cü ilin sonunda və ya 2025-ci ildə təqdim ediləcək.