SOCAR-ın törəmə şirkəti nizamnamə kapitalını azaldır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi – “SOCAR-Nefteqazstroy” MMC nizamnamə kapitalını 10 min 290 manat və yaxud 0,4 % azaldaraq 2 milyon 805 min 800 manatdan milyon 795 min 510 manata endirdiyini elan edib.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “SOCAR-Nefteqazstroy” 2004-cü ildə yaradılıb. Şirkətin təsis paylarının 25 %-i SOCAR-a məxsusdur.