Yaranı daha tez sağaldan “ağıllı bandaj” istehsal edildi

ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçıları ağıllı bandaj yaradıblar. Hazırlanmış lent elektrodlardan, enerji toplama bobinindən və sağalma prosesinə töhfə verən sensorlardan ibarətdir.

İndex.az xəbər verir ki, heyvanlar üzərində aparılan sınaqlarda, yeni sarğının ilk yarım saat ərzində belə yaranı sağaltmağa başladığı görülüb.

Zədələnmiş nahiyəyə verilən elektronlar sayəsində hüceyrələrin 30 faiz daha tez sağaldığı və nahiyədəki dəri toxumasının yeniləndiyi müşahidə edilib.

Ağıllı bandajda az miqdarda metaldan istifadə edildiyini bildirən tədqiqatçılar onun bədəndə qısa müddətdə əridiyini bildirirlər. Tezliklə ağıllı sarğıların insanlar üzərində sınaqlarına başlanılması planlaşdırılır.