Qarabağda işləmək üçün işçilər axtarılır

North West Construction

Tibbi personal (Qarabağ)

Son tarix 14 apr 2023 [email protected]

İşin təsviri:

  • Şirkətin işçilərini müntəzəm olaraq ilkin tibbi yardım haqqında təlimatlandırmaq
  • Şirkətin təlimatlarını dəqiq yerinə yetirmək
  • Müraciət etmiş işçilərə həkim məsləhətləri vermək
  • İşçilərin fiziki iş qabiliyyətini təmin edilməsinə yardım etmək
  • Düşərgə və sahəni ilkin tibbi yardım ləvazimatları ilə təchiz olunmasını təmiz etmək
  • Şirkətin işçilərinə yaranmış qəza vəziyyəti zamanı ilk tibbi yardım göstərmək
  • Yaralanmış işçilərə sarğıların qoyulması vədəyişdirilməsi
  • Müntəzəm olaraq işçilərin sağlamlığını müəyyən etmək
  • SƏTƏM Meneceri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək

Namizədə tələblər:

  • tibbi təhsil
  • tibbi sahəsində iş təcrübəsi

Namizədlərdən CV-ni “Tibbi personal” mövzusu ilə [email protected] və ya [email protected] elektron poçtuna göndərməyi xahiş olunur.

 

SƏTƏM üzrə mütəxəssis (Qarabağ)

Son tarix 14 apr 2023 [email protected]

İşin təsviri:

  • İnfrastruktur layihə tikintisində əməyin muhafizəsi va texniki təhlükəsizliyə nəzarət etmək
  • İş yerində zədələnmə səbəblərinin analizi va qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək
  • SƏTƏM üzrə sənədləşdirmə işlərini dəqiq həyata keçirmək
  • Riskin qiymətləndirilməsi aparmaq və sənədləşdirmək
  • SƏTƏM üzrə uyğunsuzluqları və qusurları aşkar edərək haqqında tədbir görülməsi üçün tapşırıqlar vermək
  • Binaların, qurğuların, avadanlıqların va nəqliyyat vasitələrinin əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək
  • Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün həyata keçirilən tədbirlardə iştirək etmak
  • Sahəyə daxil olanlara giriş talimatı keçmək, sahədə işçilərin əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərində köməklik göstərmək
  • İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək
  • Xidməti təlimatların işlənib hazırlanmasında köməklik göstərmək
  • Mövcud forma və qaydalara uyğun hesabatlar aparmaq

Namizədə tələblər:

  • Ali texniki təhsil;
  • İnfrastruktur tikinti layihələrində təcrübə;
  • Fövqəladə Hallar Nazirliyinin şəhadətnaməsi (SƏTƏM sahəsi ilə əlaqədar sertifikatlar)

Namizədlərdən CV-ni “SƏTƏMM üzrə mütəxəssis” mövzusu ilə elektron poçtuna göndərməyi xahiş olunur.

 

 

Timekeeper (Qarabağ)

Son tarix 09 apr 2023  [email protected]

Vəzifə funksiyaları:

  • Tabel üzrə İnzibatçı İnsan Resursları üzrə Menecerə tabedir;
  • Layihələr üzrə işçilərin şəxsi işlərini aparmaq və yaratmaq;
  • İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin hazırlanması və İR Departamentinə göndərilməsini təmin etmək;
  • İşə qəbul olunma, işdən azad olunma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsini təmin etmək;
  • Əmək müqaviləsi şərtlərini və şirkətin daxili intizamına pozulması haqda İR departamentine məlumat vermək və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tədbirlər görmək;
  • İnsan resursları qaydaları və prosedurlarının hazırlanmasında iştirak etmək və müntəzəm olaraq Layihələr üzrə təkliflər vermək;
  • İşçilərin məlumatları Elektron məlumat bazasına əlavə etmək və Layihələr üzrə İK ilə əlaqəli məlumat bazalarını müntəzəm olaraq yeniləmək;
  • Cari gün üçün işçilərin sayına uyğun olaraq layihədə işləyən işçilər üçün bir yemək sifarişi vermək;
  • Hər bir işçi üçün layihə qrupu üçün şəxsiyyət vəsiqəsini hazırlamaq;
  • Layihə işçilərinin şikayətlərini araşdırmaq və onu İnsan Resursları Departamentinə çatdırmaq;
  • HR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək;
  • Layihə üzrə vaxtında, düzgün və səmərəli gündəlik fəaliyyəti təmin etmək üçün İİB-ə dəstək vermək;
  • İnkişaf hesabatlarını dəstəkləmək üçün, nüsxələrin İT Departamentinə göndərilməsini təmin etmək;
  • Müdriyyət tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək;

Tələblər:

  • Komputer bilikləri: Microsoft Office tools (Word/Excel/PowerPoint/Outlook) əla səviyyədə bilmək;
  • Kadrlarla bağlı bütün sənədləşməni əmr, arayış, təqdimat, tabel və s. sənədlərinin təşkilini əla səviyyədə bilmək
  • Azərbaycan Qanunvericiliyinə əsasən məzuniyyət, müavinat, kompensasiyaların verilməsi və ödənilməsi qaydalarını bilmək

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tabel üzrə inzibatçı” qeyd edərək elektron ünvanına göndərmələri xahiş olunur.

 

Sağlam Catering

Baş Aşpaz (Qarabağ)

Son tarix 06 apr 2023 [email protected]

İş barədə məlumat:

  • İstirahət günü: razılaşma yolu ilə
  • Əmək haqqı: 1000-1500 azn
  • Verilən sifarişləri sürətli və bütün standartlara riayət olunaraq hazırlanması
  • Mətbəxin idarə edilməsini və təmizliyini təmin etmək
  • Azərbaycan,Avropa Türk mətbəxini bilməsi.
  • AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə

Namizədə tələblər:

  • Cinsi: Kişi
  • Təcrübə: Minimum 3 il iş təcrübəsi mütləqdir
  • Təhsil: Orta – texniki
  • Yaş həddi 35-55  yaş
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli
  • Mətbəx daxili qaydalara riayət etməli
  • Səliqəli və məsuliyyətli olmalı
  • Qarabağ zonasında olanlara üstünlük veriləcək.

Müraciət etmək üçün +994503472128 mobil nömrəsi ilə saxlaya və ya CV-lərinizi mail ünvanına göndərə bilərsiz.