Şuşada işləmək üçün işçilər axtarılır – Maaş 2300-2786 manat

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

Monitorinq üzrə mütəxəssis

Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.

Ümumi vəzifə öhdəlikləri:

  • Abidələrin vəziyyəti üzərində nəzarətin təmin edilməsi;
  • Abidələrdə baş vermiş dəyişikliklərin, o cümlədən təbii aşınmanın aşkarlanması;
  • Abidənin texniki vəziyyətinin təhlili;
  • Abidələrə təhlükə yaradan risk faktorlarının müəyyən edilməsi və onların abidələrə təsirinin qiymətləndirilməsi, risk altında olan abidələrin vəziyyətinin müntəzəm olaraq nəzarətdə saxlanılması;
  • Mühafizə məqsədilə abidələrə qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələrinin tətbiq edilməsi və ya mühafizə dərəcəsinin dəyişdirilməsi zərurətini müəyyən etmək;
  • Abidələrə zərər vurulması aşkar olunduqda və ya abidələrə təhdidlər barədə məlumat əldə edildikdə, müvafiq tədbirlərin görülməsini müəyyən etmək;
  • Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi Qaydası”-na uyğun fəaliyyət göstərmək;
  • Bərpa konsept layihələrini peşəkar analiz etmək bacarığı (RİBA 1,2);
  • İşçi layihələrlə peşəkar işləmək bacarığı ( RİBA 3,4).

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisası üzrə Magistr dərəcəsi);
  • Memarlıq abidələri ilə bağlı treninq keçməsini təsdiq edən sertifikatlar;
  • Təcrübə: Tarixi abidələrlə işləməkdə minimum 3 il iş təcrübəsi;
  • Konstruksiyalar haqqında risk faktorlarının müəyyən edilməsi üçün yüksək səviyyədə biliklər;
  • Memarlıq abidələrinin texniki vəziyyətinin diaqnostika etmək bacarığı;
  • Şuşa şəhərinin tarixi, memarlıq xüsusiyyətləri və abidələri haqqında geniş məlumat;
  • Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
  • MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
  • Autodesk Autocad, Autodesk Revit, Adobe Photoshop və realistik 3d vizualizasiya proqramlarının yüksək səviyyədə bilmək;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
  • Təqdimat və ünsiyyət bacarığı;
  • Şuşa şəhərində işləmək imkanının olması.

Əmək haqqı : 2635 AZN.

Son tarix 13 apr 2023 [email protected]

Smeta mühəndisi

Son tarix 13 apr 2023 [email protected]

Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İnşaat mühəndisi);
  • Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Analitik düşüncə bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • Məsuliyyətli və dəqiq olmalı;
  • Detallara diqqət yetirməyi bacarmalı
  • Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
  • MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
  • AutoCAD, proqramını yüksək səviyyədə
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;

Əmək haqqı : 2786 AZN

Tarixi memarlıq üzrə mütəxəssis

Son tarix 13 apr 2023 [email protected]

Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.

Ümumi vəzifə öhdəlikləri:

  • Şuşa şəhərində bərpa olunan abidələr üçün xarici şirkətlər tərəfindən təklif olunan konseptlərin professional təhlili, şəhərin mühitinə uyğun olub olmamasının müəyyən edilməsi;
  • Şuşa şəhərində bərpa olunan abidələr üçün konseptual və funksionallaşma üzrə təkliflərin hazırlanması;
  • Şuşa şəhərinin abidələrinin daimi və mütəmadi monitorinqi və mühafizəsi;
  • Bərpa konsept layihələrini peşəkar analiz etmək bacarığı (RİBA 1,2);
  • İşçi layihələrlə peşəkar işləmək bacarığı ( RİBA 3,4);
  • Şuşa şəhərinin imicinin formalaşması uğrunda müxtəlif qrafik işlərin görülməsi (tabloların, loqoların, plakatların dizaynları üzrə təkliflər).

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisası üzrə Magistr dərəcəsi);
  • Memarlıq abidələri ilə bağlı treninq keçməsini təsdiq edən sertifikatlar;
  • Təcrübə: Tarixi abidələrlə işləməkdə minimum 1 il praktiki təcrübə;
  • Şuşa şəhərinin tarixi, memarlıq xüsusiyyətləri və abidələri haqqında geniş məlumat;
  • Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
  • MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
  • Autodesk Autocad, Autodesk Revit, Adobe Photoshop, Adobe İllustrator və realistik 3d vizualizasiya proqramlarının yüksək səviyyədə bilmək;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
  • Təqdimat və ünsiyyət bacarığı;
  • Şuşa şəhərində işləmək imkanının olması.

Əmək haqqı : 2635 AZN

İnşaat mühəndisi

Son tarix 13 apr 2023 [email protected]

Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.

Vəzifə öhdəlikləri:

  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi cizgilərə, normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqinin aparılması;
  • Monitoring planın hazırlanması
  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
  • Tələb olunan hesabatların hazırlanması (layihə məlumatları, layihəyə nəzarət,layihə planı);
  • Tikinti obyektlərində əməyin mühafizəsi və təhlükəsizlik üzrə işlərinin həyata keçirilməsinə nəzarət;
  • Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İnşaat mühəndisi);
  • Təcrübə: Tikinti-quraşdırma işləri üzrə minimum 3 il iş təcrübəsi;
  • Analitik düşüncə bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • Məsuliyyətli və dəqiq olmalı;
  • Detallara diqqət yetirməyi bacarmalı
  • Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
  • MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
  • AutoCAD,Lira proqramları yüksək səviyyədə
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;

Əmək haqqı : 2786 AZN.

Sahə rəisi

Son tarix 13 apr 2023 [email protected]

Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.

Vəzifə öhdəlikləri:

  • Qüvvədə olan tikinti normativ sənədlərini əsasında işlərin təşkil edilməsi.
  • Tikinti ərazisi üzrə işlərin təşkil olunması
  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi cizgilərə, normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
  • Tələb olunan hesabatların hazırlanması (layihə məlumatları, layihəyə nəzarət,layihə planı);
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət;
  • Texnoloji intizama nəzarət etmək, tikinti norma və qaydalarının yerinə yetirilməsi;

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İnşaat mühəndisi);
  • Təcrübə: Tikinti-quraşdırma işləri üzrə minimum 3 il iş təcrübəsi;
  • Təcrübə: Layəhələndirmə işləri üzrə minimum 2 il iş təcrübəsi;
  • Analitik düşüncə bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
  • Təşkilatçılıq bacarıqlarına malik olmalı;
  • Detallara diqqət yetirməyi bacarmalı
  • Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
  • MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
  • AutoCAD, Lira proqramları yüksək səviyyədə
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;

Əmək haqqı: 2786 AZN.

Videoqraf

Son tarix 23 mar 2023 [email protected]

Şuşa şəhəri qeydiyyatında olan namizədlərə üstünlük veriləcək.

Vakansiya üzrə seçim meyarları:

  • Fotoqraf və videoqraf sahəsində 3 il iş təcrübəsi
  • Video, montaj və peşəkar fotolar çekmə təcrübəsi
  • Müvafiq iş üzrə sertifikatlar
  • Çəkiliş üçün ilkin dönəmdə avadanlığı olmalı
  • Veriləcək qeydlər və materiallar əsasında video-çarxlar çəkməli, posterlər hazırlamalı

Bacarmalıdır:

  • Xəbərlər formatında işləmək
  • Yaradıcı mühitdə işləmək
  • Müstəqil çəkilişlər etmək , maraqlı təkliflər irəli sürmək
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək

Əmək haqqı – 2300 AZN + illik mükafatlar və qiymətləndirmə əsasında bonuslar.

Hüquqşünas

Son tarix 07 apr 2023 [email protected]

Əmək funksiyaları:    

  • Şirkətə daxil olmuş müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasının yoxlanılması, həyata keçirilməsi, onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • Sənədlərə (layihələrə), o cümlədən beynəlxalq müqavilələrə rəy və təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • İdarənin fəaliyyətindən irəli gələn və ya onunla bağlı olan hüquqi məsələlərə dair yazılı və ya şifahi hüquqi rəylərin təqdim edilməsi;
  • İdarənin müxtəlif məhkəmə instansiyalarında nümayəndə qismində təmsil edilməsi;
  • Müqavilələrin, nizamnamələrin, əmrlərin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
  • Şirkətin struktur bölmələr tərəfindən hazırlanan müqavilələrinin təhlil edilməsi.

Vəzifənin tutulması şərtləri:

  • Ali hüquq təhsili;
  • İş stajı: azı 3 il iş stajı;
  • Azərbaycan Respublikasının qanunlarını, mülki və mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi bilik bacarığı;
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

İş barədə məlumat:

  • İş yeri: Bakı, Şuşa, Ağdam, Tərtər (qeyd olunan şəhərlərdə yaşayan və ya işğaldan azad olunmuş ərazilərə gündəlik əsaslarla gediş-gəliş imkanı olan şəxslər müraciət edə bilərlər);
  • Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini müvafiq elektron poçt ünvanına əmək haqqı gözləntisi qeyd edilməklə göndərmələri xahiş olunur.

Memar/İnşaat mühəndisi

Son tarix 07 apr 2023 [email protected]

Əmək funksiyaları:

  • İşçi layihənin hazırlanması;
  • Tikinti fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması;
  • Memarlıq layihələri, eskiz, işçi layihələr, texniki-mühəndis sənədləri ilə çalışa bilməsi;
  • Memarlıq layihələrinin təhlil edilməsi;
  • Layihələrin icrası ilə bağlı mütəmadi hesabatların hazırlanması və təzələnmiş məlumatları əldə etmək üçün digər struktur bölmələrlə və qurumlarla əməkdaşlıq edilməsi;
  • Tikintinin layihələndirilməsində aidiyyəti şəxslərlə birgə işləmək.

Vəzifənin tutulması şərtləri:

  • Təhsil : Memarlıq; İnşaat mühəndisliyi; Şəhər bələdiyyə tikintisi və təsərrüfatı
  • İş stajı : azı 2 il müvafiq sahədə
  • Kompüter biliklərinə dair tələblər : Microsoft Office, Autocad, Archicad, 3D Max, GİS
  • Xarici dil bilikləri: Rus dili – B1 səviyyəsində, İngilis dili – B1 səviyyəsində
  • Yaradıcı düşüncə qabiliyyəti;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmə bacarığı.

Bilməlidir: 

  • tikinti norma və qaydalarını;
  • tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
  • layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını;
  • tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini.

İş barədə məlumat:

  • İş yeri: Bakı, Şuşa, Ağdam, Tərtər (qeyd olunan şəhərlərdə yaşayan və ya işğaldan azad olunmuş ərazilərə gündəlik əsaslarla gediş-gəliş imkanı olan şəxslər müraciət edə bilərlər);
  • Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini müvafiq elektron poçt ünvanına əmək haqqı gözləntisi qeyd edilməklə göndərmələri xahiş olunur.

İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi

Son tarix 07 apr 2023 [email protected]

İş yeri: Bakı, Şuşa, Ağdam, Tərtər (qeyd olunan şəhərlərdə yaşayan və ya işğaldan azad olunmuş ərazilərə gündəlik əsaslarla gediş-gəliş imkanı olan şəxslər müraciət edə bilərlər)

Vəzifə funksiyaları:

  • Rəhbərlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında, yüksək səviyyədə yerinə yetirmək;
  • Kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, təbliğat-təşviqat işində iştirak etmək;
  • İctimaiyyəti təşkilatın fəaliyyəti ilə əlaqədar operativ və mütəmadi məlumatlandırmaq;
  • Press-relizlər, tezislər, müsahibələr, çıxışlar, məlumatlar və s. hazırlaması və elektron formada ictimaiyyətə çatdırılmasında iştirak etmək;
  • Təşkilatın rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında yayımlanan məlumatların mütəmadi yenilənməsində, informasiyaların maarifləndirici, maraqlı və lokanik hazırlanmasında iştirak etmək;
  • Çap, video və foto materialların seçimində iştirak etmək, arxivləşdirilmə işlərini görmək;
  • Mətbuat konfransı, brifinq və digər müxtəlif xarakterli tədbirlərin təşkilində, keçirilən tədbirlərə mətbuat orqanlarının cəlb edilməsində iştirak etmək;
  • KİV-də təşkilat haqqında yayımlanan məlumatların monitorinqini aparmaq.

Vəzifənin tutulması şərtləri:

  • Ali təhsil: Humanitar və sosial, Marketing, İctimaiyyətlə əlaqələr (PR), Beynəlxalq münasibətlər;
  • İş stajı: azı 3 il (sosial media və digər marketinq kanallarında kontent yaratmaq bacarığı);
  • Kompüter biliklərinə dair tələblər: MS Office və dizayn proqramları (Adobe Photoshop, Premier);
  • Xarici dil bilikləri: Rus dili – B1 səviyyəsində, İngilis dili – A2 səviyyəsində