“Meta”dan yeni işdən çıxarma dalğası

“Meta” yenidən ixtisarlar edəcəyini açıqlayıb.

İndex.az xəbər verir ki, şirkətin CEO-su Mark Zukerberg “Meta”nın xərclərini azaltmaq və məhsuldarlığı artırmaq üçün təxminən 10.000 işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

Zukerberq işçiləri ilə paylaşdığı memorandumda təxminən 10 min adamın işdən çıxarılacağını və 5 minə yaxın açıq iş yerinin bağlanacağını bildirib.

Açıqlamada qeyd edilib ki, ixtisarlar aprelin sonunda şirkətin restrukturizasiya və texnologiya bölməsində aparılacaq.

Dünyanın ən böyük sosial şəbəkə şirkəti noyabrda 11 min nəfəri işdən çıxarıb ki, bu da onun ümumi işçilərinin 13%-inə bərabərdir.

“Facebook”, “Instagram” və “WhatsApp”ın da sahibi olan “Meta”nın satışları ilk dəfə 2022-ci ildə azalıb.