
Azərbaycanda pandemiya vaxtı öz ərizəsi ilə işdən çıxanların sayı açıqlanıb.
İndex.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli məlumat verib.
O bildirib ki, Azərbaycanda pandemiyanın tüğyan etdiyi bir vaxtda 267 900 nəfər öz ərizəsi ilə işdən çıxıb: “O insanların işdən çıxmağının obyektiv səbəbi aydındır. Bu qədər insan öz ərizəsi ilə işdən çıxa bilməz”.