“Volkswagen”dən 180 milyard avroluq investisiya planı

Avropanın ən böyük avtomobil istehsalçısı “Volkswagen” elektrikli avtomobillərdə rəqabət qabiliyyətini artırmaq üçün beş illik investisiya planını 180 milyard avroya (193 milyard dollar) çatdırıb.

İndex.az xəbər verir ki, “Volkswagen” çərşənbə axşamı bildirib ki, qarşıdakı 50 il ərzində xərclərin təxminən 70 faizi elektrik avtomobilləri və proqram təminatına həsr olunacaq. Beləliklə, şirkət son illik yenilənməsi ilə müqayisədə ümumi xərclərini 13 faiz artırıb.

“Biz aydın və iddialı məqsədlər qoymuşuq və prosesləri sadələşdirmək üçün lazımi qərarlar qəbul etmişik. Bu il strateji məqsədlərə nail olmaq və qrup üzrə irəliləyişi sürətləndirmək üçün həlledici il olacaq”, – “Volkswagen”in baş direktoru Oliver Blume açıqlamasında bildirib.