“Bitcoin”in dəyəri “Meta”nı ötüb

Bank böhranına baxmayaraq, kripto pul bazarlarında yüksəliş müşahidə edilir.

İndex.az xəbər verir ki, “Bitcoin”in qiyməti yenidən 25.000 dollara çatıb.

“Bitcoin”in bazar kapitallaşması təxminən 472 milyard dollara çatıb. “Bitcoin” bu performansı ilə “Meta”nın 469 milyard dollarlıq bazar dəyərini üstələyib.

Qeyd edək ki, aparıcı kriptovalyuta olan “Bitcoin” 24 saat ərzində yüzdə 10-a yaxın artım qeydə alıb. “Companies Market Cap”ın məlumatlarına görə, “Bitcoin” öz performansı ilə maliyyə sektorunun “Visa”, “JPMorgan”, “Mastercard” kimi aparıcı qurumlarını qabaqlayır.