“Mbappeni ala biləcək yalnız bir klub var”

Fransız superulduzunun Parisi tərk etməsi ilə bağlı şayiələr artır.

Kylian Mbappe “Paris Saint-Germain”də qalmağa üstünlük verdi, lakin fransız superulduzun “Real Madrid”ə transferi ilə bağlı şayiələr hələ də davam edir.

La Liqanın prezidenti Tebas “Real Madrid”in hələlik fransız ulduzu heyətinə qata biləcək yeganə komanda olduğunu açıqlayıb.

İspaniya mətbuatı “Vamos”a danışan Tebas Mbappenin transferini belə dəyərləndirib:

“La Liqada Mbappeni ala biləcək yalnız bir klub var. Bu, “Real Madrid”dir. Kilian Mbappeni La Liqada görmək istərdim”.