Çin martın 15-dən bütün vizaların verilməsini bərpa edəcək

Çin martın 15-dən əcnəbilərin ölkəyə girişi üçün bütün növ vizaların nəzərdən keçirilməsini və verilməsini bərpa etmək niyyətindədir.

İndex.az xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, Çinin bir neçə yerinə, o cümlədən Haynan adasına və Şanxayda dayanan kruiz gəmisi sərnişinləri üçün vizasız girişin bərpası planlaşdırılır.

Açıqlamada bildirilib ki, 28 mart 2020-ci il tarixinədək verilmiş və müddəti hələ başa çatmamış vizaların funksiyası bərpa olunacaq.