“Avromed Company” işçilər axtarır

Avromed Company QSC

Qeyri əczaçılıq məhsullarının alışı üzrə təcrübəçi

Son tarix 13 apr 2023 [email protected]

Vəzifə öhdəlikləri:

  • Satınalma prosesinin səmərəli fəaliyyətini təmin etmək üçün komandaya köməklik göstərmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq.

Tələblər:

  • Təhsil: Ali
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, stressə dayanıqlı, punktual, diqqətçil, ünsiyyətçil və çalışqan;
  • Öyrənməyə və inkişafa yüksək həvəs.

Dil bilikləri:

  • Azərbaycan – əla;
  • Rus dili – başa düşmək-orta, danışıq orta;
  • İngilis dili – başa düşmək-orta, danışıq orta.

Kompüter bilikləri: MS office (xüsusi ilə Power point) proqramlarında mükəmməl işləmə bacarığı;

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Qeyri əczaçılıq məhsullarının alışı üzrə təcrübəçi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Əczaçılıq məhsullarının alışı üzrə təcrübəçi

Son tarix 13 apr 2023 [email protected]

Vəzifə öhdəlikləri:

  • Birbaşa rəhbəri tərəfindən verilən işlərin vaxtında icra edilməsi;
  • Qarşıya qoyulan tapşırıqların vaxtı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
  • Görülən işlər barədə gündəlik və aylıq hesabatların birbaşa rəhbərinə təqdim edilməsi.

Tələblər:

  • Təhsil: Ali Tibb təhsilli;
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Stressə dayanıqlı, punktual, diqqətçil və çalışqan;
  • Öyrənməyə və inkişafa yüksək həvəs.

Dil bilikləri:

  • Azərbaycan – əla
  • Rus dili – orta
  • İngilis dili – orta

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində ”Əczaçılıq məhsullarının alışı üzrə təcrübəçi” yazmaq tələb olunur. Yalnız seçilmiş Ali Tibb təhsilli namizədlərlə əlaqə saxlanılacaq.

 

1C Proqramçı

Son tarix 10 apr 2023 [email protected]

Əsas funksional öhdəliklər:

  • 1C üzrə məlumat bazasının idarə edilməsi:
  1. Məlumat bazasının idarə edilməsi (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.);
  2. Təkmilləşdirmələrin və yenilənmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına, və məlumat bazasının etibarlılığı və təhlükəsizlyinə nəzarət.
  • 1C üzrə konfiqurasiyanı icra etmək:
  1. Yeni konfiqurasiyaları yaratmaq, konfiqurasiyanın tətbiq sahəsinin cari tələblərə və şirkətin hesabat siyasətinə uyğun olmasını təmin etmək;
  2. 1C sistemində yeni hesabat formalarını və sənədləri yaratmaq və dəyişdirmək;
  3. Mühasibat, əməliyyat və idarəetmə (həmçinin anbar) uçotu üçün qeyri-standart həlləri təmin etmək.
  • 1C üzrə proqramlaşdırmanı icra etmək:
  1. 1C sisteminin biznes proseslərə uyğunlaşdırılması üçün texniki tapşırıqların yaratmaq və həmin; texniki tapşırıq əsasında biznes proseslərin avtomatlaşdırmaq, proqram kodlaşdırmalarını icra etmək;
  2. Praktik istifadədə sistemin biznes proseslelərə və hesabatlığa uyğun olmasını təhlili etmək, və sistem düzgün işləmədikdə kodda dəyişikliklər etmək.
  • 1C ilə inteqrasiyanı (API) icra etmək:
  1. Üçüncü tərəf sistemləri ilə mübadilələrin həyata keçirilməsi.

Tələblər:

  • 1C proqramçısı (konfiqurator) kimi ən azı 3 il iş təcrübəsi;
  • 1C platformalarının mexanizmləri üzrə təcrübə;
  • Mühasibat və idarəetmə uçotunun prinsipləri ilə tanışlıq;
  • Sistemlər arasında inteqrasiya (məlumat mübədiləsinin) təmin edilməsi ilə bağlı təcrübə;
  • «1С Специалист» sertifikatı (arzu olunandır);
  • Rus dili bacarığı (arzu olunandır);
  • Texniki və istifadəçi sənədlərinin yaradılması üzrə biliklər;
  • İşə sistemli yanaşma;
  • Ünsiyyət və təqdimat bacarığı;
  • Məsuliyyətli olmaq və iş qrafikinə riayət etmək.

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “1C Proqramçı” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Service Engineer

Son tarix 10 apr 2023 – [email protected]

Əsas funksional öhdəliklər:

  • Laboratoriya avadanlıqlarının quraşdırılması və servis xidməti;
  • Zəmanət və zəmanət sonrası xidmət, avadanlıqların diaqnostikası və təmiri;
  • Avadanlıqların üzərində işləmək üçün avadanlıqların və istifadəçilərin təlimlərinin tanış edilməsi, işlərin nümayişi;
  • Müştəri konsultasiyası və texniki dəstək (saytda və uzaqdan/onlayn);
  • Texniki və kommersiya təkliflərinin, müqavilələrin hazırlanması.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq iş təcrübəsi: 1-3 ilə qədər;
  • Azərbaycan (əla), Rus dili (orta), Texniki İngilis dilini mükəmməl;
  • Kompüter bilikləri (MS Office proqramlarında mükəmməl işləmə bacarığı), Linux;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqətlilik.

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Service Engineer” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.