Şuşada işləmək üçün işçi axtarılır – Maaş 2786 manat

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

Smeta mühəndisi

Son tarix 13 apr 2023 [email protected]

Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İnşaat mühəndisi);
  • Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Analitik düşüncə bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • Məsuliyyətli və dəqiq olmalı;
  • Detallara diqqət yetirməyi bacarmalı
  • Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
  • MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
  • AutoCAD, proqramını yüksək səviyyədə
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;

Əmək haqqı : 2786 AZN