“Saudi Aramco” 161 milyard dollarlıq rekord mənfəət əldə edib

2021-ci ildə 110 milyard dollar mənfəət əldə edən neft şirkəti “Saudi Aramco”, son bir ildə gəlirini 46,5 faiz artırmağı bacarıb. Keçən il şirkətə pul daxilolmaları 148,5 milyard dollara yüksəlib.

İndex.az xəbər verir ki, 2021-ci ildə “Saudi Aramco”ya nağd pul daxilolmaları 107,5 milyard dollar olaraq qeydə alınıb.

Artan neft və qaz qiymətləri, eləcə də yüksək satış potensialı şirkətin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasında mühüm rol oynadı. Şirkət həmçinin 2022-ci ildə gündəlik 11,5 milyon barel neft hasil etdiyini açıqlayıb. Səudiyyə neft şirkəti 2027-ci ilə qədər gündəlik neft hasilatını 13 milyon barrelə çatdırmağı hədəfləyir.