Bu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 325 mənzil alıblar.
İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 201 mənzil və ya 17,9 % çoxdur.
Noyabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 185 mənzil alıb ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 81 mənzil və ya 77,9 % çoxdur.
11 ay ərzində Türkiyədə xarici vətəndaşlara 51 352, ötən ay isə 7 441 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 39,5 % və 48,2 % çoxdur.
Noyabrda Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 1 406, yanvar-noyabr aylarında isə 8 594 mənzil satılıb.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay bu türkiyədə 1 075, yanvar-noyabr aylarında isə 7 622 mənzil alıb.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə noyabrda 836, yanvar-noyabr aylarında isə 4 494 mənzilə sahib olub.