Səudiyyə şahzadəsi yeni aviaşirkət yaradır – 100 ölkəyə uçacaq

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ben Salman yeni “Ar-Riyadh Airlines” aviaşirkətinin yaradıldığını elan edib.

İndex.az xəbər verir ki, yeni şirkət artıq 2030-cu ildə 100-dən artıq ölkəyə uçacaq. Amma hələlik bu barədə detallar, o cümlədən uçuşların hansı istiqamətə olacağı açıqlanmır.

Yeni şirkət üzərində nəzarəti Səudiyyə Ərəbistanını Suveren Fondu (bizim Neft Fondunun analoqu) həyata keçirəcək. Şirkətin direktorlar şurasına fondun idarəçisi Yasir əl-Rumayan və BƏƏ-nin “Etihad Airways” şirkətinin keçmiş rəhbəri Toni Duqlas daxil olacaq.