“Veysəloğlu” şirkətlər qrupu işçilər axtarır – VAKANSİYALAR

Veysəloğlu MMC

Təchizat üzrə kiçik mütəxəssis

Son tarix 09 apr 2023 – [email protected]

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Vəzifə funksiyaları: 

  • Mal alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi
  • Tədarükçülərlə danışıqların aparılması və müqavilələrin bağlanması
  • Sifariş olunan mallar üzrə stok səviyyəsinə nəzarət etmək
  • Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi

Vəzifə tələbləri:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
  • MS Office , xüsusilə Excel proqramını əla bilmək
  • Azərbaycan, Rus dillərini səlis bilmək (İngilis dili üstünlükdür)
  • Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək
  • Problemləri operativ həll etmək
  • Yüksək ünsiyyət bacarığı
  • Analitik düşünmə və təhlil etmə qabiliyyəti
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təchizat üzrə kiçik mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Daxili nəzarət üzrə aparıcı mütəxəssis

Son tarix 10 apr 2023 [email protected]

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək.

Vəzifə öhdəlikləri:

  • Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən, xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək
  • Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq
  • Şirkətə daxil olan strukturların və əməkdaşların xidməti fəaliyyətini tənzimləyən “Normativ-hüquqi” və “Təşkilati-Sərəncamverici” sənədlərlə nəzərdə tutulmuş xidməti vəzifə, funksiya və səlahiyyətlərinin onlar tərəfindən qanunvericiliyə və daxili qaydalara uyğun olaraq yerinə yetirilməsinə nəzarəti təmin etmək
  • Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövri olaraq inventarizasiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin etmək
  • Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunu yoxlamaq və ehtimal olunan riskləri müəyyən etmək
  • Şirkətdə mal-material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifarişlə alınmasının, standartlara uyğun saxlanması qaydalarına və şəraitinə düzgün riayət edilməsinin mütəmadi olaraq monitorinq edilməsinə nəzarəti təmin etmək
  • Mümkün maliyyə risklərinin müəyyən edilməsi və idarəedilməsi məqsədi ilə yoxlama apardığı struktur bölmələrində neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılmasını təmin etmək

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir; Məsuliyyətlilik, operativlik, diqqətlilik, ünsiyyət bacarığı; problem həll etmə, analitik düşünmə bacarığı
  • Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə edilməsində ən azı 3 illik təcrübə;
  • Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzuolunandır;
  • MS Office (Word və Excel), xüsusilə Excel proqramında təhlil və analitik işləmə bacarığı, Mikro sistemlərindən və əl terminallarından istifadə bacarığı;
  • SAP biliyi

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma

Uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Daxili Nəzarət üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

 

Hüquqşünas

Son tarix 01 apr 2023 [email protected]

Vəzifə öhdəlikləri:

  • Biznesin fəaliyyətinə təsir edə bilən normativ hüquqi aktların siyahısı, ixtisaslaşdırılmış hüquqi nəşrlərin təhlili ilə tanış olur və tələb olunduğu təqdirdə daha vacib normativ hüquqi aktların ümumiləşdirilmiş siyahısını hazırlayır.
  • Hüquqi sənədlərin uçotunu aparır.
  • Hüquqi sənədlərin işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq.
  • Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digrər əlaqəli işlərlə  bağlı rəhbərin göstərişlərini yerinə yetirmək.
  • Müqavilə işinin aparılması prosesinin tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq və şirkət daxilində müqavilə işində iştirak edən əməkdaşlar tərəfindən prosedur qaydalara əməl edilməsinə nəzarət etmək, maarifləndirmə işinin aparılmasını təmin etmək;
  • İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
  • Müqavilə bağlanılmasına  aid zəruri görüş və danışıqlarda iştirak edilməsi;
  • Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
  • Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.

Tələblər:

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • Müvafiq sahədə ən azı 2 il təcrübəyə malik olması;
  • Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
  • Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Mart 2023-cü il tarixinədək emailin mövzu hissəsində “Hüquqşünas ” qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Lego üzrə Marka Meneceri

Son tarix 10 apr 2023 – [email protected]

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Əgər siz innovativ, çevik, gənc və rəqamsal düşüncə tərzinə, ən əsası da Lego markası üzrə müvafiq bilgilərə sahibsizsə, onda bu vakansiya üçün uğurlu namizəd siz ola bilərsiz.

Çox fikirləşmədən vakansiyamıza müraciət edin. 

İşin Təsviri: Məhsul çeşidlərinin idarə olunması, yeni çeşidlərin artırılması, bazar haqqında dolğun məlumat toplanması, satış proqnoz və planlarının təqibinin həyata keçirilməsi. Yeni məhsulların təmsilçilərə tanıtımı, istehlakçıların istəklərinə uyğun məhsulların araşdırılması, kampaniyaların, aksiyaların hazırlanması və izlənməsi işinin təşkili.

Vəzifə öhdəlikləri:

  • Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
  • Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
  • Yeni çeşidlərin artırılması üçün müvafiq addımlar atmaq;
  • İstehlakçıların ehtiyaclarını araşdırmaq, ehtiyaclara uyğun çeşidləri müəyyənləşdirmək;
  • Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
  • Bazarda məhsulun yayımını izləmək;
  • Satış nöqtələrində çeşidlərin yayımı üçün tədbirlər hazırlamaq;
  • Satış təmsilçilərində çeşid mövcudluğunu idarə etmək;
  • Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
  • Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək;
  • Kampaniyalar hazırlamaq və onların həyata keçirilməsini izləmək;
  • Vitrin və stendlərin, reklam vasitələrinin hazırlanmasını təmin etmək;
  • Rəqib şirkətlərin fəaliyyətini, kateqoriya siyasətini izləmək və ehtiyac olduqda rəhbərliyə müvafiq təkliflər vermək;
  • İş fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil;
  • Minimum 3 il B2B marketinq, satış sahəsində iş təcrübəsinin olması;
  • Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli;
  • Yüksək analitik biliklərə malik olmalı;
  • Azərbaycan, İngilis və Rus dillərində səlis danışma bacarığı;
  • MS Office kompüter proqramından (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı
  • Kreativ düşüncə, yenilikçilik bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır
  • Nahar ilə təmin edilir

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Lego üzrə Marka Meneceri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

Data mühəndis

Son tarix 06 apr 2023 [email protected]

Vəzifə öhdəlikləri:

  • Sql Server\T-sql üzrə biliklər(T-SQL skriptlərinin yazılması və optimallaşdırılması)
  • Analitik modelin hazırlanması, inkişafı və saxlanılması
  • Data Mart/Data Warehouse və ümumi BI mühiti üçün praktiki məlumat bazasının modelləşdirilməsinin təmin edilməsi
  • ETL proseslərinin dizaynı, inkişafı və dəstəklənməsi
  • DAX üzrə biliklər
  • BI alətlərinin tətbiqi, iş prosesinin qurulması və nəzarət edilməsi

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Data mühəndis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

 

Vergi uçotu üzrə aparıcı mühasib

Son tarix 06 apr 2023 [email protected]

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Vəzifə öhdəlikləri:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarətin, operativ məlumatların təqdim edilməsini təmin etmək, habelə, müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində bilavasitə iştirak etmək
  • Müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyəti dövründə vergi uçotunun düzgün təşkilini təmin etmək;
  • Dövlət Vergi Xidməti,Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyinin Antiinhisar üzrə İstehlak Bazarlarına Nəzarət orqanı, Dövlət Statistika Komitəsinə aylıq rüblük və illik hesabatların təqdim edilməsi
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək.
  • Aylıq qrupdaxili əməliyyatlara və üzləşmə aktlarına nəzarət etmək
  • Bütün aylıq və rüblük vergi orqanına və şirkətdaxili hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək
  • Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrinin tətbiqini təmin etmək
  • Bütün növ vergi bəyannamələri (ƏDV,ÖMV,Mənfəət,Torpaq,Əmlak,Vahid,və s)
  • ƏDV bəyannaməsi (Bütün əlavələri ilə işləmək )
  • İkiqat vergitutmanın aradan qaldırlması ilə bağlı DTA 01, 02, 03, 04, 05 ilə bağlı Dövlət Vegi Xidmətinə müraciət edilməsi

Tələblər:

  • Müvafiq sahədə minimum 1 il iş təcrüəsi;
  • Ali  iqtisadi, maliyyə və mühasibatlıq sahəsində təhsil;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı
  • Yüksək analitik təhlil qabiliyyəti

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Servis xidməti
  • İş qrafiki: 5 günlük, 09:00-18:00

Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Vergi uçotu üzrə aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur.

 

PR Menecer

Son tarix 02 apr 2023 [email protected]

Vəzifə öhdəlikləri:

  • Şirkətin kommunikasiya strategiyasına əsasən tədbirlər planını hazırlamaq və icra etmək;
  • Veb sayt və digər onlayn kanallardan effektiv yararlanmaq (brendin tanınmasını artırmaq);
  • Media və və müxtəlif tərəfdaşlarla effektiv münasibətlər qurmaq və onları inkişaf etdirmək;
  • Mediaya təqdim ediləcək materiallar, həmçinin broşurlar, nəşrlər və hər növ tanıtım materiallarının mətnini hazırlamaq;
  • Həyata keçirilən PR tədbirlərinin nəticələrini təhlil etmək.

Tələblər:

  • Təhsil: Ali (İctimaiyyətlə əlaqələr, marketinq, jurnalistika və fililogiya üzrə arzuolunandır);
  • İş təcrübəsi: PR və ya Marketinq üzrə minimum 5 il;
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq və yazmaq (rus və ingilis dili biliyi üstünlükdür);
  • Sosial media və SEO bilikləri;
  • Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət, həmçinin dinləmə qabiliyyəti;
  • Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti;
  • Müxtəlif perspektivləri anlama və auditoriyaya uyğun cavablandırma bacarığı;
  • Vəziyyətə çevik reaksiya vermə və qərar vermə bacarığı;
  • Araşdırma və problem həll etmə qabiliyyəti;
  • Kompüter bilikləri: Microsoft Office, Excel və PowerPoint.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “PR Menecer” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

 

Elektronçu

Son tarix 01 apr 2023 [email protected]

Vəzifə öhdəlikləri:

  • İstehsalat sahəsində avadanlıq və dəzgahların elektrik və elektroniki tənzimləmə, sazlama işlərini görmək
  • Avadanlıqlara texniki baxış keçirmək, diaqnostika- profilaktika işlərini görmək
  • Avadanlıqların montaj və quraşdırma işlərini həyata keçirmək
  • Mövcud avadanlıqların işlək və etibarlı fəaliyyətini təmin etmək
  • Avadanlıq və dəzgahlarda yarana biləcək problemləri vaxtında və operativ surətdə aradan qaldırmaq
  • Avadanlıq və dəzgahların düzgün texniki istismarını təmin etmək, yoxlamaq və təmir etmək
  • Avadanlıqların elektotexniki vəziyyətinin istismara uyğunluğunu təmin etmək və buna nəzarət etmək
  • Sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunmasını təmin etmək.
  • Yeni qurulacaq xətt və avadanlığın elektronik təsərrüfatını norma və standartlara görə qurulmasını təmin etmək.

Tələblər:

  • Avadanlıq və dəzgahların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli
  • Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
  • Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı
  • Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli
  • Elektronika-Avtomatika sahəsində təhsil olmalı
  • Elektrik və elektronik sxemlərin oxuma bacarığı olmalı
  • İstehsalat sahəsində elektronçu kimi ən az bir il iş təcrübəsi olmalı
  • Əməyin mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını, daxili intizam qaydalarını bilməli və əməl etməli.

İş şəraiti:

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: müsahibə əsasında
  • İş qrafiki: Növbəli

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Mart 2023-cü il tarixinədək emailin mövzu hissəsində “Elektronçu ” qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

KSM və Tədbirlərin təşkili üzrə Aparıcı Mütəxəssis

Son tarix 02 apr 2023 [email protected]

Vəzifə öhdəlikləri:

  • Korporativ tədbirlər ilə bağlı təkliflər hazırlamaq və icra etmək;
  • KSM ilə bağlı layihələr hazırlamaq və icra etmək;
  • Şirkətə daxil olan sponsorluq müraciətlərini dəyərləndirmək və cavablandırmaq;
  • Həyata keçirilən KSM və sponsorluq fəaliyyəti haqqında kommunikasiya üçün məlumat hazırlamaq;
  • Həyata keçirilən tədbirlərin nəticələrini təhlil etmək.

Tələblər:

  • Təhsil: Ali (İctimaiyyətlə əlaqələr və marketinq üzrə arzuolunandır);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq və yazmaq (ingilis dili və rus dili biliyi arzuolunandır);
  • Tədbirlərin təşkili qabiliyyəti;
  • Layihə idarəetmə bacarığı;
  • Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti;
  • Kreativlik və nəticə yönümlülük;
  • Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət, həmçinin dinləmə qabiliyyəti;
  • Kompüter bilikləri: Microsoft Office, Excel və PowerPoint.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “KSM və Tədbirlərin təşkili üzrə Aparıcı Mütəxəssis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

 

Debitorlar üzrə Şöbə Müdiri

Son tarix 28 mar 2023 [email protected]

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək .

İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)

Təhsil: Ali  iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili

Vəzifə öhdəlikləri:

  • Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
  • Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
  • Debitor borcların üzləşmələrinin aparılmasına nəzarət və rəhbərliyə dövri hesabatların təqdim edilməsi;
  • Müştərilərə vergi hesab fakturaların zamanında göndərilməsinin təmin edilməsi;
  • Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
  • Anbarda faktura nəzarəti komandasının işinə nəzarət və təkmilləşdirilməsinə dəstək vermək;
  • Debitor borcların müqavilə şərtlərinə uyğun zamanında ödənilməsinə nəzarət və iri müştərilər ilə müzakirələrin aparılması;
  • SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
  • Komanda üzvləri ilə bilik və təcrübənin paylaşıması və onların peşəkar inkişafına dəstək olmaq;
  • Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
  • Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.

Tələblər:

  • MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
  • Rus və inglis dili bilikləri üstünlükdür
  • Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
  • Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
  • Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
  • SAP proqramında işləmək bacarığı üstünlükdür.
  • ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
  • Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.

Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Debitorlar üzrə Şöbə müdiri” yazaraq ünvanına göndərmələri xahiş olunur.