“Azəriqaz” daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir

İndex.az xəbər verir ki, növbəti həftə (13-14-15.03.2022 və 17.03.20223 tarixləri) daha 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 11:00-dan 12:00-dək Lerik rayonunda (Heydər Əliyev Mərkəzi), 3-cü günü saat 13:00-dan 14:00-dək Lənkəran şəhərində (Lənkəran Regional Mədəniyyət İdarəsi), 5-ci günü  saat 11:00-dan 12:00-dək isə Masallı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.