“Xiaomi” smartfonların adında Mi əlavəsindən imtina edəcək

Çinin “Xiaomi” şirkətinin gələcək məhsulları Mi brendi altında buraxılmayacaq.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, yeni cihazlar alternativ sxemə üyğun olaraq adlandırılacaq. Belə ki, yeni “Xiaomi Mi 12” yerinə “Xiaomi 12” təqdim ediləcək.

Qeyd edilir ki, Çində artıq bəzi məhsulların adından Mi əlavəsi götürülüb.