“Tesla” ya Türkiyədə enerji doldurma məntəqəsi üçün lisenziya verildi

“Tesla” Türkiyədə şarj stansiyaları qura biləcək.

İndex.az xəbər verir ki, “Enerji Bazarını Tənzimləmə Təşkilatı” (EPDK) “Tesla”ya şarj şəbəkəsi operatoru lisenziyası verib.

Beləliklə, “Tesla” Türkiyə daxilində şarj stansiyaları quraraq elektrikli avtomobillərə xidmət etmək hüququ qazanan 119 şirkətdən biri olub.

“Tesla” Türkiyədə quracağı enerji doldurma məntəqələrində bütün elektrikli avtomobil modellərinə xidmət göstərəcək.

Qeyd edək ki, hazırda Türkiyədə 3728 enerji doldurma məntəqəsi var.

Elektromobillərin sayı isə 2021-ci ilin sonunda 7 min 694 ədəd olduğu halda, 2022-ci ilin sonunda 14 min 896 ədədə çatıb.