ARDNF-nun istiqrazlarının 28%-i 1 ilə qədər müddətə yerləşdirilib

2021-ci il ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 28 %-i 1 ilə qədər müddətə yerləşdirilib.

İndex.az Fonda istinadən xəbər verir ki, ötən il Fondun investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 31,6 %-i 1 ildən 3 ilə qədər, 18,1 %-i 3 ildən 5 ilə qədər, 22,3 %-i isə 5 ildən artıq müddətə yerləşdirilib.

2020-ci ilin göstəriciləri ilə müqayisədə 1 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 9 % bəndi azalıb.

Ötən il ərzində 1 ildən 3 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 2 % bəndi artıb, 3 ildən 5 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 2,9 % bəndi azalıb.

2021-ci il ərzində 5 ildən artıq müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 12,4 %-dən 22,3 % bəndinə qədər artıb.