“Birbank” yenidən ən çox istifadə olunan və bəyənilən rəqəmsal platforma oldu

Ölkənin ilk rəqəmsal bankı olan “Birbank”, 2021-ci ilin nəticələrinə görə ölkənin ən çox bəyənilən və istifadə edilən rəqəmsal platforması oldu. Təqdim olunduğu 2018-ci ildən indiyədək bir sıra yerli və beynəlxalq mükafatlar alan, istifadəçilər tərəfindən tövsiyə olunan “Birbank”, öz liderliyini qoruyub saxlamaqdadır.

Bu dəfə iOS platformasında olan “App Store”da 50 mindən artıq istifadəçi tərəfindən 5 ulduzdan 4,9-nu, Android platformasındakı “Play Store”da isə 140 mindən artıq istifadəçi tərəfindən 5 ulduzdan 4,8-ni məhz “Birbank” alıb. Bu da yüksək nəticə hesab olunaraq “Birbank”ı öz seqmentinin ən yaxşısı olduğunu bir daha təsdiqləyir.

3 milyondan artıq istifadəçi tərəfindən yüklənən “Birbank”ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, kredit və “BirKart” sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.

Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. “Birbank”da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.