“Tesla” sərfəli elektrikli avtomobil hazırlayır

“Tesla”nın baş direktoru İlon Maskın son açıqlamasına görə, şirkət daha çox istifadəçiyə çatmağa hazırlaşır. Tesla avtonom rejimdə işləyəcək və qiyməti 30.000 dollardan aşağı olan əlverişli elektrik avtomobili hazırlayır. Yeni modelin “Tesla Model 2” adlanacağı düşünülür.

İndex.az xəbər verir ki, qeyri-rəsmi olaraq “Tesla Model 2” adlandırılan aşağı büdcəli elektrik avtomobili şirkətin ən sərfəli modeli olacaq. Hazırda ən ucuz elektrik avtomobili olan “Model 3″ün qiyməti 42 990 dollar civarındadır. Bununla belə, “Model 2″nin həm ölçü baxımından daha kiçik, həm də daha ucuz olacağı gözlənilir.

Lakin bu, “Tesla”nın ucuz elektrik avtomobili üzərində işləməsi ilk dəfə deyil. 2020-ci ildə Mask, “Tesla”nın 25.000 dollardan daha sərfəli olan tam avtonom model üzərində işlədiyini söylədi. Deyə bilərik ki, şirkət üç ildir eyni model üzərində işləyir.

Qeyd edək ki, “Tesla” uzun illərdir ki, avtomobillərini daha yaxşı və daha ucuz etməyə çalışır. Şirkət elektrik avtomobillərini kompüterlərə çevirir və performans üçün qabaqcıl texnologiyadan istifadə edir. “Model 2″nin də sələflərindən daha kiçik, daha ucuz və daha yaxşı avtomobil olacağı gözlənilir.