Xaricdən 213 yeni avtobus alındı – QİYMƏT

2021-ci ilin yanvar-noyabr aylarında ölkəyə 76 348 ədəd minik avtomobili, 5 024 ədəd yük avtomobili, 213 ədəd avtobus idxal olunmuşdur.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin ilk 11 ayında Azərbaycana ümumilikdə 32 mln. 604 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30% çoxdur.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 186 ədəd avtobus (azalma 4.5%) idxal olunub.