“Baku Electronics” işçilər axtarır – VAKANSİYALAR

İşə qəbul üzrə mütəxəssis

Son tarix 06 apr 2023 [email protected]

Tələblər:
  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 ilədək iş təcrübəsi;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Analitik təhlil bacarığı;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;

Vəzifə öhdəlikləri:

  • İşçi tələb blankının vəzifənin tələbləri və xüsusiyyətləri ilə uyğunluğunu yoxlamaq;
  • Vakansiya üzrə elan mətnlərini hazırlamaq, yoxlamaq, uyğun iş elanı saytlarına yerləşdirmək;
  • Vakansiya elanlarının işədüzəltmə şirkətləri ilə bağlanmış müqavilə şərtlərinə əsasən göndərilməsi və yerləşdirilməsini təmin etmək;
  • Daxili və xarici işə qəbul mənbələrindən olunan iş müraciətlərini vəzifə tələblərinə uyğunluq və performans göstəricilərinə əsasən təhlil etmək və dəyərləndirmək;
  • Vakansiya tələblərinə əsasən işə müraciət blanklarını dəyərləndirmək, vakansiya tələblərinə müvafiq namizədlərin seçim prosesini yerinə yetirmək, müsahibələrin keçirilməsini təşkil etmək;
  • Vakansiyaya müraciət edən namizədlərin əlavə suallarını cavablandırmaq, test mərhələsindən müvəffəqiyyətlə keçən namizədlərin növbəti müsahibə mərhələsi üzrə dəyərləndirilməsini həyata keçirmək;
  • İlkin müsahibəni uğurla keçmiş namizədlər üçün rəhbərlik ilə son müsahibə mərhələsini təşkil etmək;
  • Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərdən tələb olunan sənədləri toplamaq və kadr kargüzarlığı əməliyyatlarının icrası ilə bağlı digər struktur bölməyə təhvil vermək;
  • Son müsahibə mərhələsində uğurlu olmayan namizədlərin müsahibə nəticəsi barədə məlumatlandırılmasını təmin etmək, namizəd qiymətləndirmə formasının qovluğa yerləşdirilməsi və aktiv bazaya əlavə edilməsini təmin etmək;
  • İş təklifi ediləcək namizədlə ilkin görüşü keçirmək, namizədin ümumi məlumatlandırılmasını təmin etmək və namizədin suallarına cavablandırmaq;
  • Mövcud olan aktiv və passiv  vakansiyaların müvafiq namizədlərlə təmini ilə bağlı təkliflər planı hazırlamaq;
  • Vakansiya üzrə vəzifə təlimatlarını yoxlamaq, çatışmazlıqlar ilə bağlı təkliflər hazırlamaq;
  • Karyera sərgilərində iştirak etmək və şirkəti təmsil etmək;
  • İşə qəbul planın icrası ilə bağlı hesabatların hazırlanmasını təmin etmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Məlumat xidməti işçisi

Son tarix 28 mar 2023 [email protected]

Xüsusi tələblər:

  • Azərbaycan dilini əla səviyyədə bilmək;
  • Müştəriyönümlü olmaq;
  • Stresə davamlı olmaq;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;

Vəzifə öhdəlikləri:

  • Nisyə mal almaq məqsədilə müraciət edən müştəriləri qəbul etmək;
  • Nisyə mal almış müştərilərə mövcud öhdəlikləri barədə məlumat vermək;
  • Müştərilərə mövcud məhsulların tələb və şərtləri haqqında məlumat vermək;
  • Nisyə satış üçün tələb olunan sənədlərin daxili qaydalara uyğunluğunu yoxlamaq;
  • Müştərilərə sıra nömrələri təqdim etmək;
  • Daxili qaydalara uyğun olaraq müştərilərə loyallıq kartları vermək;
  • Əməliyyat sisteminin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Daxili qaydalara uyğun olaraq həvalə olunmuş tapşırıqları yerinə yetirmək;
  • Lazımi qaydada digər tapşırıqları icra etmək.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində Məlumat xidməti işçisi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Problemli müştərilərlə iş üzrə üzrə təqibçi

Son tarix 06 apr 2023 [email protected]

Xüsusi tələblər:

  • Təhsil: Ali;
  • MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • Özünü təqdim etmə bacarığı;
  • Riyazi hesablama bacarığı;
  • İş təcrübəsi: 1 ilədək.

Vəzifə öhdəlikləri:

  • Borcu gecikdirilən müştərilərlə telefon əlaqəsi yaratmaq və borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq;
  • Borcun ödənilməsinə nəzarət etmək;
  • Ödənişləri gecikmədə olan müştərilərə bildirişlər göndərmək;
  • Gecikmədə olan müştərilərin ödənişlərinin gecikmə səbəbini araşdırmaq, bununla bağlı birbaşa rəhbərə məlumat vermək;
  • Ödənişi məhkəmə qaydası ilə təmin olunması müəyyən olunan sənədlərini təhvil-təslim aktı ilə Hüquq şöbəsinə təhvil vermək;
  • Gündəlik görülən işlər barədə əməliyyat proqramında qeydiyyat aparmaq.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Problemli müştərilərlə iş üzrə üzrə təqibçi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Əlaqə mərkəzi şöbəsinin operatoru

Son tarix 23 mar 2023 [email protected]

Xüsusi tələblər:

  • Azərbaycan dilini əla səviyyədə bilmək;
  • Müştəriyönümlü olmaq;
  • Stresə davamlı olmaq;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;

Vəzifə öhdəlikləri:

  • Müştərlər tərəfindən daxil olan şikayətləri və müraciətləri qəbul etmək (zəng, email, sosial şəbəkələr və s.)
  • Müraciətləri aidiyyatı struktur bölmələrə yönəldirmək və prossesin gedişatına nəzarət etmək
  • Müştərilərə çeşidlər üzrə məhsulların mövcudluğu, qiymət və çatdırılma şərtləri barəsində məlumat təqdim etmək
  • Online sifarişləri qəbul etmək
  • Qeydiyyata alınmış müraciətlərin vaxtında cavablanmasını təmin etmək

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Operator” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Onlayn satış üzrə mütəxəssis

Son tarix 23 mar 2023 [email protected]

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilini əla səviyyədə (rus və ingilis dillərini bilmək üstünlükdür);
  • MS Office (Outlook, MS Word, Excel);
  • Yüksək inandırıcılıq qabiliyyəti;
  • Özünü təqdim etmə bacarığı;
  • Operativlik və dəqiqlik;

Vəzifə öhdəlikləri:

  • Onlayn daxil olan sifarişləri ilkin olaraq nəzərdən keçirmək;
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri axtarışını həyata keçirmək;
  • Mövcud olan müştəri bazasını daim izləmək və yeni daxil olan müraciətləri qeydiyyata almaq;
  • Müştəri tələbini müəyyən etdikdən sonra qiymətlər və endirim şərtləri haqqında müştərilərə məlumat vermək;
  • Satışla əlaqəli şirkətin qayda və prosedurlarını müvafiq olaraq tətbiq etmək;
  • Satışı həyata keçirilən məhsul kateqoriyaları və kampaniyalar haqqında müştəriləri ətraflı məlumatlandırmaq;
  • Müştəri xidmətləri və müştəri məmnuniyyəti ilə bağlı qaydaları bilmək və tətbiq etmək;
  • Daim bazar araşdırması edərək müxtəlif məhsul kateqoriyaları və yeni məhsul növləri haqqında məlumatlılığını artırmaq;
  • Təyin olunan performans göstəricilərini (KPI) vaxtında icra etmək;

İş şəraiti:

  • İş yeri – Baku Electronics baş ofis;
  • İş qrafiki – Növbəli iş qrafiki.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Onlayn satış üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Mağaza Satış Meneceri (Quba)

Son tarix 13 mar 2023 [email protected]

Xüsusi tələblər:

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • İdarəetmə və təşkilatçılıq bacarıqları;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
  • Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilmək;

Vəzifə öhdəlikləri:

  • Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
  • Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
  • Mağaza əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etməsinə daim nəzarət etmək;
  • Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
  • Gündəlik satış müşahidələri və həftəlik satış görüşləri keçirməklə pərakəndə satış komandası üzvlərini inkişaf etdirmək və öyrətmək;
  • Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
  • Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik görüşlər keçirmək və onları təlimatlandırmaq;
  • Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Satış Meneceri – Quba” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Mağaza Satış Meneceri (Şəki)

Son tarix 13 mar 2023 [email protected]

Xüsusi tələblər:

  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • İdarəetmə və təşkilatçılıq bacarıqları;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
  • Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilmək;

Vəzifə öhdəlikləri:

  • Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
  • Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
  • Mağaza əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etməsinə daim nəzarət etmək;
  • Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
  • Gündəlik satış müşahidələri və həftəlik satış görüşləri keçirməklə pərakəndə satış komandası üzvlərini inkişaf etdirmək və öyrətmək;
  • Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
  • Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik görüşlər keçirmək və onları təlimatlandırmaq;
  • Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Satış Meneceri – Şəki” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

 

Satış Məsləhətçisi

Son tarix 13 mar 2023 [email protected]

Xüsusi tələblər:

  • Orta və ya ali təhsil;
  • Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərini bilməsi arzu olunandır);
  • Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
  • Aktiv satış bacarığı;
  • Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Gərgin iş qrafikində işləmək və stresə davamlılıq.

Vəzifə öhdəlikləri:

  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək;
  • Müştərilərdən məlumatları toplamaq, təhlil etmək və təkliflər vermək;
  • Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
  • Məhsulu müştəriyə təqdim etmək;
  • Mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında müştəriyə ətraflı məlumat vermək;
  • Müştərilərin tələb və suallarını diqqətlə dinləmək;
  • Məhsullar haqqında məsləhətlər vermək və alış üçün seçimləri təklif etmək;
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək;
  • Satışın artırılması məqsədilə müştəriləri daim inandırmaq və məlumatlandırmaq.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Satış Məsləhətçisi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Help Desk Specialist

Son tarix 01 apr 2023 [email protected]

Requirements:

  • Bachelor’s degree in IT-related disciplines;
  • Experience as a Help Desk specialist or an IT-related position;
  • Proven analytical and problem-solving abilities;
  • Good understanding of computer systems, mobile devices and other tech products;
  • Ability to effectively prioritize and execute tasks in a high-pressure;
  • Ability to work in a fast-paced environment;
  • Compliance with loyalty and company rules.

Responsibilities:

  • Responding to client support queries;
  • Providing support in person, over the phone, or via remote access;
  • Diagnosing issues with computer software, peripherals, and hardware;
  • Installing and upgrading hardware and software systems;
  • Updating customer data and produce activity reports;
  • Identifies, researches, and resolves technical problems for end users on a variety of issues;
  • Running software diagnostic tools and physically inspecting hardware systems;
  • Ensure proper recording, documentation and closure.

Interested applicants should submit their credentials via e-mail, clearly indicating in subject line “Help Desk specialist”. Only shortlisted candidates will be contacted.

 

Yük maşını sürücüsü

Son tarix 07 apr 2023 [email protected]

Tələblər:

  • Yaş: 25 – 50;
  • B və C kateqoriyalı sürücülük vəsiqəsi;
  • Böyük həcmli yük maşını idarə etməkdə 1-3 il iş təcrübəsi;
  • Diqqətli, məsuliyyətli;
  • İş yeri: Hökməli qəsəbəsi

Vəzifə öhdəlikləri:

  • Avtomobilin texniki vəziyyətini yoxlamaq, gərəkli prosedurları həyata keçirmək;
  • Məntəqədən çıxmazdan əvvəl maşını müvafiq qaydada qəbul etmək, avtotəsərrüfata qayıtdıqdan sonra təhvil vermək və ona ayrılmış yerə qoymaq;
  • Müəyyən olunmuş təyinat məntəqələri üzrə məhsulların daşınmasını həyata keçirmək;
  • Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində Yük maşını sürücüsü qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.