Sığorta bazarımız 16% böyüyüb

2021-ci il ərzində Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 843,897 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2020-ci ili ilə müqayisədə 15,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 458,726 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 1,4% azdır.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,4 manatı ödəniş edilib. 2020-ci ilin eyni dövründə bu göstərici 63,8 manat olub.