2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci llə müqayisədə 1% çox – 18,1 milyon ton neft ixrac edib.
İndex.az bu barədə SOCAR-ın ötənilki əsas istehsalat göstəricilərinə istinadən xəbər verir.
Məlumata görə, buraya şirkətin öz imkanları ilə çıxardığı neftlə birlikdə ölkəmizdəki beynəlxalq konsorsiumların hasiı etdiyi neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payları da aiddir.
Ötən il SOCAR-ın təbii qaz ixracı isə 40 % artaraq 18,8 milyard kubmetrə çatıb.