Avtomobil sığortası üzrə ödənişlər 21% artıb

Ötən il Azərbaycanda sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 39 mln. 672 min manat sığorta haqqı toplanıb, 15 mln. 849 min manat isə sığorta ödənişləri həyata keçirilib.

Buna da bax: Sürücülərə “Fərqlənmə nişanı” onlayn veriləcək

İndex.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim edilən statistikaya əsasən aparılan hesablamalara görə, bu göstəricilər 2020-ci illə müqayisədə müvafiq olaraq 2 mln. 796 min manat (7.6%) və 2 mln. 810 min manat (21.6%) çoxdur.