“Tesla” bu model avtomobillərinin qiymətini ucuzlaşdırdı

“Tesla” şirkəti ABŞ-da “Model S” sedanı və “Model X” krossoverinin qiymətlərini aşağı salıb.

İndex.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Bu, bu il həyata keçirilən artıq ikinci qiymət endirimidir. Qiymət tənzimlənməsi rübün sonuna qədər satışları artırmaq cəhdi də ola bilər.

Tam ötürücülü “Model S” indi əvvəlki 94 990 dollar qiymətndən 5,2% ucuzlaşaraq 89 990 dollara və ya təxminən 5 000 dollara ucuz satılır. “Model S Plaid” modeli isə 114 990 dollardan 4,3% ucuzlaşaraq 109 990 dollaradır.

Tam ötürücülü “Model X” isə 9,1% ucuzlaşaraq 99 990 dollara satılır. Bu model avtomobil 10 000 dollar uculaşıb. “Model X Plaid” modeli də hazırda 119 990 dollardan 8,3% ucuzlaşaraq 109 990 dollara satılır.

Xatırladaq ki, sonuncu qiymət endirimi yanvarda olub və bu, qiymət tənzimlənməsinə az qalmış avtomobil alan alıcıların hiddətinə səbəb olub.