“Xiaomi” də elektromobil istehsalına başlayır

“Xiaomi” şirkəti altı aydan sonra ilk elektrik avtomobilinin kütləvi istehsalına başlayacaq.

İndex.az xəbər verir ki, bunu “Xiaomi” şirkətinin qurucusu Lei Jun bildirib.

ÜmumÇin Milli Xalq Nümayəndələri Konqresində çıxış edən Lei Jun avtomobilin qış sınaqlarından uğurla keçdiyini bildirib. Avtomobilin bazara çıxarılması gələn il gözlənilir.

Məlum olduğu kimi, indi “Xiaomi” vaxtının yarısını avtomobil biznesinə sərf edir. Şirkət iki mərhələdə avtomobil zavodunun tikintisini planlaşdırır. Nəticədə o, ildə 30 minə qədər avtomobil istehsal edə biləcək.

Avtomobil indi “Modena” kod adı altında gizlənir. Bu, ortahəcmli sedan olacaq ki, onun da qiymətinin 38 000 dollardan 44 000 dollara qədər olacağı gözlənilir.