
“GlobalStats” Asiya bazarında ən çox istifadə edilən telefon markalarını açıqlayıb.
İndex.az xəbər verir ki, ötən il siyahıda birinci yeri “Samsung”, üçüncü yeri “Xiaomi” tutub. Bu il isə reytinq dəyişdi, “Xiaomi” geriləməyə yaşadı.
ABŞ-da yerləşən “Apple” şirkəti “Xiaomi”ni geridə qoyaraq ən yüksək bazar payına malik ikinci telefon markası oldu.
“Apple”in bazar payı 17,15 faiz olduğu halda, Çin smartfon istehsalçısı “Xiaomi”nin bazar payı 16,19 faiz olaraq qalıb.
“Samsung” isə Asiya bazarında 22,25% payla liderlik kürsüsünə yiyələnib.