“Tesla” 3 470 elektromobilini geri çağırır

ABŞ-ın tanınmış “Tesla Inc” avtomobil istehsalçısı şirkəti 2022-2023-cü illər arasında ABŞ-da istehsal edilmiş 3470 “Model Y” elektrik avtomobilini geri çağırdığını açıqlayıb.

İndex.az “Reuters”ə istinadən xəbər verir ki, bunun səbəbi ikinci sıra oturacaqların arxa dayaqlarının çərçivələrini bərkidən etibarsız şəkildə bərkidilmiş boltlardır.

ABŞ-ın Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Milli İdarəsi (NHTSA) bildirib ki, onlar təhlükəsizlik kəmərləri sisteminin effektivliyini azalda bilər və bununla da yol qəzalarında yaralanma riskini artıra bilər.

“Tesla” NHTSA-ya 2022-ci ilin dekabrından başlayaraq müəyyən edilmiş qüsurlarla əlaqəli ola biləcək yalnız 5 zəmanət iddiası müəyyən etdiyi barədə məlumat verib. Şirkət bildirib ki, ancaq hələ də bununla bağlı məlum xəsarət və ya ölüm halları yoxdur. “Tesla” adıçıkilən boltları yoxlayacaq və lazım gələrsə, onları spesifikasiyaya uyğun sıxacaq.

Avtomobil istehsalçısı bildirib ki, dekabr ayında “Tesla”nın təchizatçı boltların spesifikasiyalara uyğun bərkidilməsini təmin etmək üçün təkmilləşdirilmiş proses nəzarəti, eləcə də təkmilləşdirilmiş təlim və nəzarət həyata keçirib.