
İsrailin dövlət hava yolu şirkəti “El Al” pilotlarından heç birinin Baş nazir Binyamin Netanyahu və xanımı Sara Netanyahunu rəsmi səfər üçün İtaliyanın paytaxtı Romaya uçurmaq üçün könüllü olmadığı açıqlanıb.
İndex.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahunu cümə axşamı günü İtaliyanın paytaxtı Romaya rəsmi səfərə göndərəcək könüllü pilot tapılmayıb.
İsrail mətbuatında yer alan xəbərlərdə İsrailin dövlət hava yolu şirkəti “El Al”ın Netanyahunun İtaliyaya səfəri üçün verdiyi elan üçün müraciət müddətinin yerli vaxtla saat 14:00-da bitdiyi, pilotlardan heç birinin Netanyahu və onun təyyarəsini uçurmaq üçün müraciət etmədiyi bildirilib.
Xəbərdə pilotların Netanyahunun mübahisəli məhkəmə islahatına qarşı olduqları üçün sözügedən uçuş üçün müraciət etməyərək reaksiya göstərdikləri iddia edilərkən, bəzi xəbərlərdə Netanyahunun “Boeing 777” tipli təyyarə ilə İtaliyaya uçmaq istədiyi iddia edildi. Və sözügedən təyyarəyə üçün də uyğun pilot tapmaqda çətinlik çəkilib.
Pilot böhranı davam edərsə, Netanyahunun həyat yoldaşı ilə birlikdə “Boeing 777” yerinə “Boeing 737” sərnişin təyyarəsi ilə uçması və ya xaricdən təyyarə icarəyə götürməsi gözlənilir.