“Fransa Liqa 1” komandalarından olan “Paris St-Germain”in ulduz futbolçusu Kilian Mbappe “Nant”la qarşılaşmada vurduğu qolla klub tarixinin bombardiri olub.
Fransalı futbolçu matçın 90+2-ci dəqiqəsində klubu üçün 201-ci qolunu vurub.
Dekabrda 24 yaşı tamam olan fransalı hücumçu bu qolla klub tarixinin bombardiri adını Edinson Kavanidən alıb.
Mbappe matçın sonunda “Mən həmişə demişəm ki, Fransada, ölkəmin paytaxtında, öz şəhərimdə tarix yazmaq üçün oynayıram”.
Mbappe əldə etdiyi uğurun böyük olduğunu bildirib, ancaq hələ görüləsi çox işin olduğunu da qeyd edib.