“Azərpoçt”da iş var – VAKANSİYA

Azərpoçt

İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

Son tarix 03 apr 2023 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi;
  • Aylıq tabellərin hazırlanması, Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi
  • Əməkdaşların uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək
  • Əmək münasibətləri və məşğulluq altsistemində qeydə alınmasını və yeni əməkdaşların sənədləşdirilməsi prosesini icra etmək;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
  • Müəssisə əməkdaşlarının əmək müqaviləsinə xitam vermək və əmək kitabçalarını işdən çıxan əməkdaşlara təqdim etmək

Namizədə dair tələblər:

  • Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
  • Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi  ;
  • AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət vərdişləri;
  • Komanda ilə işləmək bacarığı;
  • İntizam, punktuallıq və məsuliyyət.

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Insan Resursları üzrə Aparıcı mütəxəssis” başlığı ilə göndərə bilərlər.