“Baku Bus” işçilər axtarır – Maaş 1700 manat

Baku Bus

PR – menecer (İctimaiyyətlə əlaqələr üzrə)

Son tarix 04 apr 2023 [email protected]

İş barədə məlumat:

  • PR strategiyasının yaradılması və həyata keçirilməsi
  • Kütləvi informasiya vasitələri ilə işin təşkili, media hovuzunun formalaşdırılması məqalələrin, xüsusi PR layihələrin yaradılması
  • Müsahibələrin təşkili. PR fəaliyyətləri Aparılan fəaliyyətlərin təhlili və qiymətləndirilməsi
  • Tədbirlər üçün məruzəçilərin axtarışı, həmçinin hadisələrin işıqlandırılmasına köməklik
  • Dövlət qurumlarının protokolları və PR xidmətləri ilə qarşılıqlı əlaqə
  • Sosial şəbəkələr ilə (facebook, instagram,Tik-tok,şirkətin rəsmi saytı və s.) işləmək və ofis  proqramlarını bilmək
  • Press-relizlərin hazırlanması
  • Sosial şəbəkədə vətəndaşlar tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika  çərçivəsində cavablandırmaq

Namizəd üçün tələblər:

  • Ali təhsil
  • Azərbaycan dili mükəmməl, Rus, İngilis dil biliyi
  • Bu sahədə ən azı 5 il iş təcrübəsi
  • Kreativ ideyalı və yaradıcı qabiliyyətli
  • Məsuliyyətli və diqqətli olmaq
  • Komandada işləmə bacarığı
  • Stresə davamlı
  • Nitq qabiliyyəti

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

 

Sürücü hazırlığı ilə bağlı layihə

Son tarix 04 apr 2023 [email protected]

“BakuBus” MMC sürücülərin işə qəbulu məqsədilə Dövlət Məşğulluq Agentliyi və Bakı Nəqliyyat Agentliyi Sürücü Təlim Mərkəzi MMC ilə birgə layihənin həyata keçirir. Məqsəd “B” və “BC” kateqoriyalı sürücülərin ixtisasının artırılması hesabına “D” kateqoriyası üzrə hazırlığın təşkili və “BakuBus” MMC-də işə qəbul edilməsidir. Layihə çərçivəsində 50 nəfər işsiz “B” və “BC” kateqoriyalı sürücülərin “BakuBus” tərəfindən ilkin seçimi və layihəyə cəlb edilməsinin həyata keçirilməsi, ilkin seçilmiş namizədlərə sürücü hazırlıq məktəbində kurs keçirilməsi, layihəyə cəlb edilmiş namizədlərin işədüzəltmə üzrə dövlət dəstəyi mexanizmlərindən (müxtəlif təlimlər, təlim müddətində təqaüd və s.) yararlanmaq, növbəti mərhələdə Sürücü Təlim Mərkəzində hazırlıq səviyyəsinin artırılması və “BakuBus” MMC-də işə qəbula təminat verilir.

Tələblər:

  • Yaşı 25-dən az, 65-dən çox olmayan şəxslər.
  • B, BC sürücülük vəsiqəsinə malik olan şəxslər.
  • Minimum 5 il sürücülük hüququ olan şəxslər.
  • Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər.
  • Məhkumluğu olmayan şəxslər (imtiyazları DMA-da uyğun görülən)
  • Sağlamlıq imkanları məhdud olmayan şəxslər.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Email-in mövzu hissəsində Sürücü hazırlığı ilə bağlı layihə” göstərməyiniz xahiş olunur.

 

Mal-material uçotu üzrə baş mütəxəssis

Son tarix 08 mar 2023 [email protected]

Öhdəliklər:

  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında və düzgün əks etdirilməsini təmin etmək;
  • Mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin etmək;
  • Əsas anbar və ehtiyat hissələri anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə və silinmə sənədlərinin vaxtlı-vaxtında alınmasına və düzgün tərtib olunmasına, sistemə işlənilməsinə nəzarət etmək;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində iştirak etmək və İnventarizasiyanın nəticələrinin  mühasibat uçotunda düzgün əks edilməsini təmin etmək;
  • Cəmiyyətin daxili prosedurlarına əsasən yeni və təkrar istifadəyə yararlı hesab edilən ehtiyat hissələrinin uçotunun aparılmasına və bununla bağlı işlərə nəzarət etmək;
  • Baş mühasibin tapşırıqlarını yerinə yetirmək və s.

Tələblər:

  • İqtisadiyyat, maliyyə, muhasibat uçotu üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Excel yüksək səviyyədə;
  • 1C ( 8.3),
  • İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacarmaq.

İş şəraiti:

  • İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
  • İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
  • Əmək haqqı 1700 (bir min yeddi yüz) manat net.
  • Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.