2023-cü ilin fevral ayında “Facebook” sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinin aktivliyi yanvar ayı ilə müqayisədə 1,03% azalaraq 28,54%-ə düşüb.
Bu barədə “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir.
Bu göstəriciyə görə, ikinci yerdə “Instagram” dayanır. Onun payı 1,35 faiz artaraq 24,48%-ə çatıb. Üçüncü yerdə 23,49%-lə “YouTube” gəlir (2,01% artım).
Bu göstəriciyə görə, dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 1,52% azalaraq 12,95%-ə düşüb.
“Twitter” media paltforması 7,73%-lə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yer tutub (ay ərzində 0,33% azalma). Reytinqdə altıncı yeri 0,8% göstərici ilə “Linkedin” tutub.
Digər sosial şəbəkələrin payı 2,02% təşkil edib.