Sığorta haqlarının 75%-i bu 5 şirkətin payına düşür

2021-ci ildə Azərbaycanda toplanılmış 843,897 milyon manat sığorta haqqının 634,184 milyon manatı və yaxud 75,2%-i 5 sığorta şirkətinin payına düşüb.

İndex.az Renkinq-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (313,006 milyon manat), “PAŞA Sığorta” (179,229 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 54,04 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (44,06 milyon manat) və “Qala Sığorta” (43,849 milyon manat) ASC-lərdir.

İl ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (515 min manat), “Naxçıvan Sığorta” (2,509 milyon manat), “Bakı Sığorta” (4,789 milyon manat), “Xalq Həyat Sığorta” (6,295 milyon manat) və “Günay Sığorta” (9,776 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 23,884 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,8%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 185,829 milyon manat (22%) təşkil edib.