
İlon Maskın “Neuralink”i bir müddət insanlardan uzaq qalmağa davam edəcək
İndex.az xəbər verir ki, ABŞ-ın “Qida və Dərman İdarəsi” (FDA) həll edilməli olan problemləri əsas gətirərək İlon Maskın “Neuralink” üçün hədəflənmiş insan sınaqlarına icazə verməyib.
“Reuters”in yeni malumatına görə, FDA İlon Maskın baş direktoru olduğu beyin-kompüter interfeysi olan BCI startapının “Neuralink”I insanlar üzərində sınaqdan keçirmə tələbini rədd edib.
Qeyd edək ki, “Neuralink” heyvanlar üzərində sınaqlara başlamışdı.
FDA-nın bu rədd etməsinin səbəbi donuzlar üzərində aparılan təcrübələrin donuzlardan bəzilərinin ölümünə səbəb olmasıdır. Artıq “Neuralink”in heyvanlar üzərində sınaqlarının federal araşdırma altında olduğu bildirilir. Buna görə də “Neuralink”in insan təcrübələrinə qədər həll etməli olduğu bir sıra problemlərin olduğu bildirilir.