İQİ ötən ilin yanvar ayı ilə müqaisədə 16.4% artıb

“Avro Bölgəsi”ndə yanvar ayına olan “İstehsalçı Qiymətləri İndeksi” açıqlanıb.

İndex.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) və Avropa İttifaqının (Aİ) açıqladığı məlumatlara görə, “Avro Bölgəsi”ndə “İstehsalçı Qiymətləri İndeksi” (İQİ) enerji qiymətlərindəki artım səbəbiylə yanvar ayında ötən ilin müvafiq dövrünə nəzərən 16.4% artıb.

Məlumatda bildirilib ki, İQİ 2022-ci ilin yanvar ayına nəzərən 16,4% artsa da, ötən ilin dekabr ayına nəzərən 2,2% azalıb.

İQİ “Avro bölgəsi”ndə yanvar ayında aylıq bazda 2,8% azalıb, illik bazda isə 15% artıb.

Bazar gözləntiləri, İQİ-nin aylıq bazda 0,3% azalacağı, illik bazda isə 17,7% artacağı idi.