“Apple”bütün bədəni analiz edə biləcək texnologiya hazırlayır

Yeni patent göstərir ki, “Apple” bir insanın üzünü, boynunu, qollarını, ayaqlarını, bir sözlə, bütün bədənini skan edə bilən texnologiya üzərində işləyir. “Body ID” olaraq adlandırılan yeni texnologiya “Touch” və “Face ID”dən kənardır, lakin “iPhone”dan başqa istənilən cihazda istifadə edilə bilər.

Biometrika texnologiya dünyası üçün yeni bir şey deyil, lakin “Apple”in bu patentdə təklif etdiyi şey bədən məlumatlarına tamamilə yeni məna verə bilər. “Apple” nəinki insanın bədəninin tam görüntüsünü əldə edəcək, həm də bədənin müəyyən hissəsində problemi müəyyən edib təklif verəcək.

Şirkət həmçinin bu texnologiyadan ən səmərəli şəkildə istifadə etmək üçün bir növ maşın öyrənmə süni intellekt sistemi hazırlayacaq. “Apple” müəyyən müddət ərzində bir qrup iştirakçıdan topladığı məlumatlarla hərəkət edəcək, lakin patentə görə nə iştirakçıların sayı, nə də müddəti müəyyən deyil. Əlbəttə ki, bədən skanları nə qədər çox edilsə, bir o qədər yaxşıdır.

Digər tərəfdən, “Body ID” olaraq adlandırılan bu skan etmə texnologiyasının hansı cihazda istifadə ediləcəyi bəlli deyil. Texnologiya “iPhone”a daxil edilə bilər və ya başqa cihazda istifadə edilə bilər.