Nazir: “Azərbaycanda genişzolaqlı internetin orta sürəti 50% artıb”

Azərbaycanda internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində ölkədə sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50% artaraq 26,3 Mb/s təşkil edib.

İndex.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Twitter” hesabında bildirib.

2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir”, – deyə o qeyd edib.