
İnflyasiya “Avro Bölgəsi”ndə rekord qırsa da, “Avropa Mərkəzi Bankı”nın (AMB) rəsmilərindən 4%-lik siqnallar gəlir.
İndex.az xəbər verir ki, AMB-nin üzvü Pier Vunş bildirib ki, bazarlarda AMB-nin 4%-lik yekun depozit dərəcəsi qiymətləri daha uyğundur.
“Belçika Mərkəzi Bankı”nın da sədri olan Vunş, borclanma xərclərinin nə dərəcədə artacağının əsas inflyasiya tendensiyasından asılı olacağını bildirib.
“Danske Bank” analitikləri də son AMB-nin faiz proqnozunu 4%ə qaldırıblar.